Qax rayonunda silahlı insident baş verib.
Hadisə bu gün səhər saatlarında rayonun Çüdüllü kəndi ərazisində qeydə alınıb.
Belə ki, polis əməkdaşı əllərində ov tüfəngi olan 2 nəfəri kənd ərazisində görüb. Bu zaman o, həmin şəxslərə yaxınlaşıb. Mübahisə zamanı naməlum şəxslər silahdan atəş açıb. Nəticəsində polis nəfəri əlindən yaralanıb. Naməlum şəxslər ərazidən uzaqlaşıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən “Report”a bildirilib ki, hazırda həmin ərazidə əməliyyat-axtarış tədbirləri həyata keçirilir/Report.
Məlumata görə, insident zamanı əlindən yaralanan polis əməkdaşı Hacıməhəmməd Hətəmovdur.