Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rəşad Nəbiyev Moskva şəhərində “Roskosmos” dövlət korporasiyasının baş direktoru Dmitri Roqozinlə ikitərəfli görüş keçirib.

Nazir bu barədə "Twitter" hesabında yazıb.

Nazir bildirib ki, görüşdə Azərbaycan Kosmik Agentliyi ilə “Roskosmos” arasında mövcud əməkdaşlığı və birgə perspektiv layihələri müzakirə olunub.