Azərbaycanın Baş naziri Əli Əsədovun Rusiya Federasiyasına rəsmi səfəri başlayıb.

Mia.az verir ki, mayın 20-də Baş nazir və nümayəndə heyətinin üzvləri Rusiya baş naziri Mixail Mişustin və hökumət üzvlərilə danışıqlar aparacaqlar.

***

Bu gün, mayın 19-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyasına (RF) rəsmi səfərə gedəcək.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Mia.az-a bildirilib ki, mayın 20-də Baş nazirin və nümayəndə heyətinin Rusiya Federasiyası Hökumətinin sədri M.V.Mişustinlə və RF hökumətinin üzvləri ilə görüşü keçiriləcək.