Klassik Xalq Cəbhəsi Partiyasının sədri, Milli Məclisin II çağırış deputatıolmuş Mirmahmud Mirəlioğlu koronavirusa yoluxub.

Mia.az xəbər verir ki, bu barədə M.Mirəlioğlunun özü məlumat yayıb.

Bildirib ki, hazırda evdə müalicə olunur: "Ailə üzvlərim də koronavirusa yoluxub. Özünüzü qoruyun!".

Məlumata görə, Mirmahmud Mirəlioğlunun müalicəsini Heydər Əliyev Fondu öz üzərinə götürüb.

Bu barədə danışan Mirəlioğlu faktı təsdiq edib.

O bildirib ki, TƏBİB tərəfindən xüsusi labaratoriya vasitəsilə evdə yenidən yoxlamalardan keçəcəklər.

Partiya sədri ona xəstəxanaya yerləşdirilməklə bağlı təklif olduğunu, lakin evdə qalaraq müalicə olunmağa üstünlük verdiyini əlavə edib.