"Azərbaycan və Ermənistan arasında sərhəd insidenti ilə bağlı vəziyyəti yaxından izləyirik".
Mia.az "ia Novosti-yə istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Rusiya gərginliyin azaldılması üçün Bakı və İrəvanla ən yüksək səviyyədə əlaqə saxlayır: “Əlaqələr bizim ölkələrimizin hərbi və sərhəd xidmətləri vasitəsilə saxlanılır. Atəşkəs rejiminə ciddi riayət olunmasının, eləcə də Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlarının digər müddəalarının ciddi şəkildə yerinə yetirilməsinin vacibliyini bir daha təsdiqləyirik".
XİN-dən əlavə olunub ki, gərginliklər yaradan hallar danışıqlar vasitəsilə həll edilməlidir:
"Uzunmüddətli həll qismində Azərbaycan-Ermənistan sərhədinin delimitasiya və daha sonra demarkasiyası prosesinin başlamasında görürük. Rusiya Federasiyası Cənubi Qafqazda vəziyyətin ardıcıl şəkildə normallaşmasına təşviqi davam etdirməyə hazırdır”.
Mia.az