Əməkdar artist Gülbahar Şükürlü ilə aparıcı Elgiz Əkbər uzun müddətdir küsülü imiş.

Bu haqda qarmon ifaçısı "Elgizlə izlə"yə zəng edərkən deyib. O bildirib ki, Elgizə səs yazıb, o isə bunu efirdə yayıb.

"Bizim qardaş-bacı münasibətimiz var. Bir gün eşitdim ki, səhhətində problem yaranıb, xəstəxanaya düşüb. Həmin günün axşamı ona yazdım ki, səndən nigaranam, haradasan? Mənə səs göndərdi ki, problem yoxdur, hər şey yaxşıdır, əməliyyat olacam, evə gələcəm. Mən də səsi efirə verdim ki, baxın yaxşıdır. Gülbahar xanım dedi ki, gözüm səni görməsin, niyə səsimi yaydın?" deyə, Elgiz bildirib.

G.Şükürlü "Keçdi getdi. Amma düz etmədin. Başqası da etsəydi, xoşuma gəlməzdi" deyərək, irad bildirib/Axşam