Bakı Apelyasiya Məhkəməsinin sədri İman Nağıyev vəzifəsindən azad olunaraq, Ali Məhkəməyə hakim təyin ediləcək.

Bu barədə layihə Milli Məclisə daxil olub/APA.

Bundan əlavə, Sumqayıt Apelyasiya Məhkəməsinin sədri Səadət Bəktaşi və Şəki Apelyasiya Məhkəməsinin sədri Mübariz Əkbərov vəzifələrindən azad olunacaq.

Layihəyə əsasən, Səadət Bəktaşi və Mübariz Əkbərov Bakı Apelyasiya Məhkəməsinin hakimi təyin olunacaq.

Həmçinin, Gəncə Apelyasiya Məhkəməsinin sədri Tapdıq Mahmudov da vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar tutduğu vəzifədən azad ediləcək.

Eyni zamanda Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının sədri Zəki Babayev vəzifəsindən azad edilərək, Bakı Apelyasiya Məhkəməsinin hakimi təyin ediləcək.

Mia.az-a verilən məlumata görə, məşhur məhkəmə sədrlərinin dəyişdirilməsi sistemdə aparılan islahatlarla əlaqələndirilir. Bəzi iddialara görə, Ali Məhkəmənin hakimi təyin olunacaq İman Nağıyev sonradan hazırkı sədr Ramiz Rzayevin yerinə gətiriləcək.

Mia.az