Müğənni Özcan Denizin onu döydüyünü iddia edən keçmiş arvadı Feyza Aktan özü də polislik olub.

Axşam.az türk mediasına istinadən xəbər verir ki, Feyzanın oğlunun dayəsi Gülnazı əşyalarını oğurlamaqda günahlandırıb döydüyü bildirilib.

Dayənin döyülən zaman zərbə aldığı bədəninin fotosu da yayılıb.

Maraqlıdır ki, Aktan iddialara cavab verərək, heç vaxt belə addım atmadığını deyib:

"Çox ciddi məsələlər olmadığı halda danışmayacağımı demişdim. Amma bu gün yenə bu xəbərlərlə günə başladım. Həyatımda kiməsə şiddət göstərmədim, göstərməyəcəm də. Haqqımda iddialar irəli sürən qadının həkimdən kağızı belə yoxdur. Heç gedib polisə şikayət də etməyib".