Zəngəzurda Azərbyacan və Ermənistan arasında sərhədlərin demarkasiyası ilə bağlı aparılan danışıqlar başa çatıb.
Bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.
“Əldə edilmiş razılığa əsasən, danışıqlar sabah saat 14.00-da davam etdiriləcək”-deyə məlumatda vurğulanır.
Bu gün aparılan danışıqlar nəticəsiz qalıb. Azərbaycan demarkasiya ilə bağlı yerləşdiyi ərazini tərk etməyib.
Danışıqlarda Rusiya sülhməramlı qüvvələrinin komandanı Rüstəm Muradov da iştirak edib/Azpost.
***
Zəngəzurda sərhəd demarkasiyası ilə bağlı Azərbaycan və Ermənistan arasında aparılan danışıqlarda Qarabağdakı Rusiya sülhməramlılarının komandanı Rüstəm Müradov iştirak edir.
Bu barədə Gorus rayonun merinin müavini bildirib. Danışıqlar saat 18.00-da başlanıb.
Azərbaycan hərbçiləri xəritə üzrə nəzərdə tutulan mövqelərdə durmaqda davam edir.