Azərbaycanı “Evrovision-2021” mahnı müsabiqəsində “Mata Hari” mahnısı ilə təmsil edən Samirə Əfəndi (səhnə adı Efendi) sabah proqramının ikinci məşqi üçün səhnəyə çıxacaq.

Efendi bu barədə escxtra.com saytına bildirib.

“Əlbəttə ki, hər şeyi birinci məşqdə göstərmək istəmirdim. Bir çox dəyişikliklər olacaq, geyimimdə dəyişiklik olacaq. Amma bunun sirr olaraq qalmasını istəyirəm”, – Azərbaycan təmsilçisi deyib.

Xatırladaq ki, Efendinin “Evrovision”da çıxışı üçün nəzərdə tutulan geyimini dünya şöhrətli modelyer Rüfət İsmayıl dizayn edib. Rüfət İsmayıl Beyonce və Cenifer Lopez kimi ulduzlarla əməkdaşlıq edib/Report.