Xəbər verdiyimiz kimi, əməkdar artist Nigar Şabanova ilə müğənni Rəqsanə İsmayılova arasında qalmaqal yaşanıb. Rəqsanənin xanəndənin ünvanına fikirlər səsləndirdiyi video sosial şəbəkələrdə paylaşılıb. 

Mia.az sherg.az-a istinadən xəbər verir ki, digər müğənni Günel Ələkbərova mövcud duruma hiddətlənərək bu şərhi yazıb:

"Ayıbdır Vallah. Hamı küçədə qalıb, tək ev qızı, ev gəlini sənsən?! Danışığa bax. Bu nə öz güvən? Axı niyə belə edib özünü də, həmkarlarını da insanların gözündən salırsan. Hər kəsin özünə görə bir keçmişi var. Ona görə kimsə çox da dərinə getməsin".