Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfərə gəlib.
Mia.az xəbər verir ki, Naxçıvan Beynəlxalq Hava Limanında dövlət başçısını Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov qarşılayıb.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Naxçıvan Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağının təqdimatında iştirak edib.
Mia.az xəbər verir ki, dövlətimizin başçısına yeni uçuş-enmə zolağı ilə bağlı görülən işlər barədə məlumat verildi.