Rusiya Federasiyası Omsk vilayətinin səhiyyə naziri tapılıb.
TASS-ın verdiyi məlumata görə, mayın 7-də Bolşeukovsk rayonunda meşədə itkin düşəm nazir Alkesandr Murakpovskinin sağ-salamat tapıldığı barədə region hökumətindən bildirilib.
Onun vəziyyətinin normal olduğu, rayon xəstəxanasında müayinədən keçdiyi açıqlanıb. İlkin məlumata görə, nazir özünü yaxşı hiss edir/APA.
***
Rusiyanın Omsk əyalətinin səhiyyə naziri Aleksandr Muraxovski itkin düşüb.
Bu barədə “Kommerçeskie vesti” məlumat yayıb.
Qeyd edilir ki, nazir mayın 7-də ova gedib. Polisin məlumatına görə, 49 yaşlı Aleksandr Muraxovski həmin gün itkin düşüb.
O, Bolşeukovsk rayonunun Pospelovo kəndində yerli vaxtla saat 16:00-da çıxıb və geri qayıtmayıb. Muraxovskinin axtarışı ilə əvvəlcə tanışları, yaxınları məşğul olublar, mayın 8-dən axtarışlara polis əməkdaşları, qvardiya, ov müfəttişləri və yerli sakinlər qoşulublar.
Axtarışlar ərazinin çətin relyefi və bataqlıq olması səbəbindən çətinləşib/Report.