Aktrisa Pərvin Abıyeva sosial şəbəkədə ona ünvanlanan sualları cavablandırıb.

Mia.az xəbər verir ki, izləyicilərindən biri ondan İnstaqram səhifəsində yarış keçirməməsinin səbəbini soruşub. Aktrisa bildirib ki, bir müddət əvvəl keçirdiyi avtomobil yarışında saxtakarlıq edilib:

"Yaralı yerimdən biridir. Bu maşın yarışından sonra gözüm elə qorxub ki... İstəmirəm insanların mənə olan inamı itsin. Hələ də bilmirəm bu maşını udan götürüb, ya yox. Nə udan xanımdan xəbər var, nə də yarışı keçirən qazi təşkilatçımızdan. Nə deyim, heç kimin babalını yumaq istəmirəm".