AMEA-nın Yüksək Texnologiyalar Parkında (YT Park) yeni təyinat olub.
Mia.az xəbər verir ki, Ramiz Mehdiyevin əmri ilə Zaur Şirəli oğlu Nəhmətov "YT Parkına icraçı direktor təyin olunub.
Qeyd edək ki, Z.Nəhmətov Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında bakalavriat, Azərbaycan Dövlət İqtisad Universitetində magistratura təhsili alıb. Hazırda Bakı Dövlət Universitetinin dissertantıdır. O, uzun illər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyində fəaliyyət göstərib, həmçinin özəl şirkətlərdə rəhbər vəzifələrdə çalışıb.