Azərbaycanın Xalq artisti Arif Quliyev dəfn olunub.
Mia.az xəbər verir ki, o, "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb.
Allah rəhmət eləsin!
***
Azərbaycanın Xalq artisti Arif Quliyev İkinci Fəxri xiyabanda dəfn olunmayacaq.
Bu barədə Mia.az-a verilən məlumata görə, mərhum "Qurd qapısı" qəbiristanlığında bu gün torpağa tapşırılacaq.
***
Azərbaycanın Xalq artisti Arif Quliyevin dəfn olunacağı yer müəyyənləşib.
Mia.az Report-a istinadla xəbər verir ki, A.Quliyevin cənazəsi bu gün İkinci Fəxri xiyabanda torpağa tapşırılacaq.
Qeyd edək ki, Xalq artisti A.Quliyev ötən gün axşam saatlarında müalicə aldığı "Yeni klinika"da dünyasını dəyişib.
Bir müddətdir koronavirusa yoluxan sənətçinin ağ ciyərinin 90 faizi zədələndiyi üçün süni tənəffüs aparatına qoşulmuşdu.