Ağstafada gün ərzində növbəti zəlzələ olub.
Mia.az Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən zəlzələ yerli vaxtla saat 06:26-da Qazax stansiyasından 27 km şimal-şərqdə Ağstafa rayonunda 3,2 bal gücündə qeydə alınıb.
Zəlzələ ocağı 11 kilometr dərinlikdə yerləşib.
Zəlzələ hiss olunmayıb.