ABŞ-ın Rusiyadakı səfirliyi diplomatik səyahət xaricində qeyri-immiqrant vizaları üçün müraciətlərə baxılmasını dayandırır.

Bu barədə ABŞ-ın Moskvadakı səfirliyi məlumat yayıb.

Qeyd olunub ki, 12 maydan etibarən ABŞ-ın Moskvadakı səfirliyi təklif etdiyi konsulluq xidmətlərinin sayını azaldır. Bu xidmətlərə yalnız ABŞ vətəndaşları, həyat və ölümlə əlaqəli çox məhdud immiqrasiya vizaları daxil ediləcək. Vəziyyət Rusiya hökumətinin Amerika diplomatik nümayəndəliyinin xarici vətəndaşları işə götürməsini qadağan etmək niyyətini bildirməsi ilə əlaqədardır.

"Diplomatik olmayan səyahətlər üçün qeyri-immiqrant vizalarının verilməsi dayandırılacaq"/Azvision