"İncirlik Türkiyə Silahlı Qüvvələrinə məxsus hərbi hava bazalarından biridir".

 "TRTHaber" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

"İncirlik bütün obyektləri ilə birlikdə Türkiyə Respublikası dövlətinin mülkiyyətidir", - nazirlikdən qeyd olunub/Report.

Xatırladaq ki, bu bazada ABŞ hərbi qüvvələri yerləşib. Bu səbəbdən Baydenin "soyqırım" bəyanatından sonra Türkiyə MN-in açıqlaması maraq doğurmaya bilməz.

Mia.az