Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının ("Respublikanski") baş həkimi Telman İbadov vəzifəsindən çıxarılıb.
TƏBİB-dən Mia.az-a bildirilib ki, bu barədə TƏBİB-in İdarə heyətinin sədri Ramin Bayramlı əmr imzalayıb. R.Bayramlının digər əmri ilə Telman İbadovun yerinə Yevlax Rayon Mərkəzi Xəstəxanasının publik hüquqi şəxsin direktoru Azər İsmayılov təyin olunub.
Məlumata görə, Telman İbadov isə Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının direktor müavini vəzifəsinə keçirilib.
TƏBİB-in İdarə heyətinin sədri Ramin Bayramlı əmri ilə İlham Qafarov 1 saylı Tibbi Klinik Mərkəzin direktoru vəzifəsindən azad edilib.
Başqa bir əmrilə Mingəçevir Şəhər Mərkəzi xəstəxanası publik hüquqi şəxsin direktoru Könül Ələkbərov təyin olunub.
İlham Qafarov isə 1 saylı Tibbi Klinik Mərkəzin direktor muavini vəzifəsinə keçirilib.