Azərbaycan Ordusunun şəhid hərbi qulluqçusu Ələkbər Əlövsət oğlu Musayev dəfn edilib.

Məlumata görə, onun nəşi Cəlilabad rayonunun Mollalı kənd qəbiristanlığında torpağa tapşırılıb.

Şəhidin tabutuna bükülmüş Azərbaycan bayrağı onun atası, I Qarabağ müharibəsinin iştirakçısı Əlövsət Musayevə verilib. Dəfn zamanı fəxri qaravul yaylım atəşi açıb.

Qeyd edək ki, Ə.Musayev Cəlilabad rayonunun Vətən müharibəsində verdiyi 97-ci şəhiddir.

Xatırladaq ki, şəhidin atası cənazə həyətə gətirilən zaman qurban kəsib/Report.