Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində aprelin 26-da Cəbrayıl və Zəngilan rayonlarına səfərlə bağlı videogörüntülər paylaşıb.

Mia.az xəbər verir ki, Mehriban Əliyeva yazıb:

“Əziz həmvətənlər,

İşğaldan azad olunmuş rayonlarımıza səfərlərimiz davam edir. Bu gün biz yenidən Cəbrayıl və Zəngilan rayonlarında olduq. Böyük məmnuniyyətlə səfərimizin görüntülərini sizinlə paylaşıram.

Dərin hörmət və sevgilərlə,

Sizin MEHRİBAN".

****

 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində Zəngilan rayonuna səfərlə bağlı videogörüntülər paylaşıb.

Videolarda Prezident İlham Əliyev Zəngilan rayonunun gözəl təbiətindən bəhs edib, Bəsit çayının sahilinə düşüb, eyni zamnda Zəngilandakı nadir Çinar ağaclarına baxıb.