“Azərbaycan Prezidenti, qardaşım İlham Əliyevlə də Ermənistanla imzalanan razılaşmaların həyata keçirilməsi və son proseslər çərçivəsində atılacaq birgə addımlarla bağlı bir telefon danışığımız oldu”.
Mia.az xəbər veirr ki, bu sözləri ürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin növbəti iclasından sonra keçirilən mətbuat konfransında deyib.
Ərdoğan bildirib ki, illərdir ki, çözümsüzlüyü çözüm kimi təqdim edənlərə ən gözəl cavabı Azərbaycanla birlikdə Qarabağda verilən cavab olub: “Önümüzdəki günlərdə bu çərçivədə atacağımız addımları daha da konkretləşdirəcəyik”.