Türkiyədə 20 günlük sərt karantin rejimi tətbiq olunacaq.

Mia.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hökumətin iclasından sonra keçirdiyi brifinqdə məlumat verib.

Onun sözlərinə görə, aprelin 29-dan mayın 17-dək ölkədə tam qapanma həyata keçiriləcək.

Bu tarixlərdə bir çox iş yerləri bağlanacaq, o cümlədən əyani dərslər dayandırılacaq.