Azərbaycan Ordusunun Vətən müharibəsində yaralanıb, 6 ay komada qalandan sonra şəhid olan hərbi qulluqçusu Hüseyn Xəlilov dəfn edilib.

Məlumata görə, şəhid Sabunçu rayonunun Nardaran qəsəbə qəbiristanlığında torpağa tapşırılıb.

***

Azərbaycan ordusunun Vətən müharibəsində yaralanan hərbçisi şəhid olub.

Mia.az xəbər verir ki, bu barədə məlumatı APA-ya onun yaxınları verib.

Şuşa şəhəri uğrunda gedən döyüşlərdə ağır yaralanaraq hospitala yerləşdirilən Sabunçu rayonu, Nardaran qəsəbəsi sakini Hüseyn Xəlilov bu gün şəhid olub.

Allah rəhmət eləsin!