ARDNŞ-in mətbuat xidmətindən məsələ ilə əlaqədar ANS PRESS-ə açıqlama verilib.
Açıqlamda bildirilib ki, ARDNŞ-nin müəssisələrində, o cümlədən Abşeron rayon "Kompleks qazma işləri” trestində aparılan struktur dəyişikliklər nəticəsində istehsalatda çalışan işçilərin ixtisara salınması nəzərdə tutulmayıb: "ARDNŞ-nin müəssisələrində, o cümlədən "Kompleks qazma işləri” trestində aparılan struktur dəyişikliklərinə dair şirkətin rəsmi saytında 29 dekabr 2013-cü il tarixində yerləşdirilmiş müvafiq xəbərdə də bildirildiyi kimi, həmin dəyişikliklər nəticəsində istehsalatda çalışan işçilərin ixtisara salınması nəzərdə tutulmayıb.”
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti struktur dəyişikliyi aparılan idarə və müəssisələrin əməkdaşlarına müraciət edib: "ARDNŞ onları bu dəyişikliyin nəticələri haqqında şaiyələrə uymamağa, tələsik açıqlamalar verməkdən və beləliklə, özləri də bilmədən siyasi oyunların alətinə çevrilməkdən çəkinməyə çağırır. Şirkətimiz həmçinin müəyyən siyasi mülahizələrlə ARDNŞ-nin əməkdaşlarının adından istifadə edərək, onun işgüzar nüfuzuna zərbə vurmaq istəyən qüvvələrdən bu çirkin oyunlara son qoymağı tələb edir və əminliyini bildirir ki, onlar həmişə olduğu kimi, bu dəfə də öz məkrli niyyətlərinə çatmayacaqlar”