“Şimali Atlantika Alyansının (NATO) bir sıra Qafqaz və Yaxın Şərq ölkələrində vəziyyətin normallaşmasına qarşı çıxmaq cəhdləri səbəbi ilə Rusiyanın Cənub Hərbi Dairəsinin (CHD) qoşunlarının döyüş qabiliyyəti artılır” .

“RİA Novosti” xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu bildirib.

“Yaxın Şərq regionunun və Qafqazın bir sıra ölkələrində qeyri-stabil vəziyyət müşahidə olunur. Alyansın vəziyyətin normallaşmasına müqavimət göstərmək cəhdləri bizi simmetrik olaraq strateji məhdudlaşdırma tədbirləri görməyə və Cənub Hərbi Dairəsinin qoşunlarının döyüş qabiliyyətini artırmağa məcbur edir,” – nazir Rusiya Müdafiə Nazirliyindəki görüşdə deyib.

Onun sözlərinə görə, döyüş heyətinin təkmilləşdirilməsi çərçivəsində ötən il 54 təşkilati tədbir həyata keçirilib: “Bunlardan ən əsası daha bir motoatıcı diviziyasının yaradılması olub.

Eyni zamanda, Cənub Hərbi Dairəsinin davamlı yenidən təchizatı davam edir. 2020-ci ildə qoşunlara 3200-dən çox müasir silah və hərbi texnika verilib”/Report.

Rus nazir daha sonra Ukrayna rəhbərliyini Donbasda sabitliyi pozmaqda ittiham edib.

Onun sözlərinə görə, Rusiyanın cənub-qərb strateji istiqamətində hərbi-siyasi vəziyyət mürəkkəb olaraq qalır.

S.Şoyqu deyib ki, ABŞ və NATO paralel olaraq Qara dəniz akvatoriyası və hava məkanında təxribat törətməkdə davam edir.

Mia.az