Müdafiə naziri general-polkovnik Zakir Həsənov Cəmşid Naxçıvanski adına hərbi liseyin bir qrup hərbi qulluqçusunu və pedaqoji heyət üzvünü mükafatlandırıb.
Bu barədə Müdafiə Nazirliyindən Mia.az-a bildirilib ki, hərbi liseydə keçirilən tədbir zamanı nazirin məsələ ilə bağlı əmri oxunub və mükafatlar sahiblərinə təqdim edilib.