"Qafqazinfo" xəbər verir ki, ilahiyyatçı Nadir Qafarzadənin dini və Allahı təhqir etdiyini "Facebook" hesabında yazmışdı.
Sözügedən verilişin aparıcısı Kamran Həsənli musavat.com-a açıqlamasında verilişin tam olaraq göstəriləcəyini deyib: "Sadəcə, olaraq söyüş olan hissələri təbii ki, verməyəcəyik. Amma bütün görüntülər yayımlanacaq”.Kamran Həsənli Elşad Miri ilə Nadir Qafarzadənin artıq barışdıqlarını da qeyd edib: "Qalmaqal onların öz aralarında oldu. 10 dəqiqə sonra bir-birilərini başa düşdülər və barışdılar. Nadir verilişdən çıxıb getmək istədi. Ancaq sonradan qayıtdı və müzakirələrimiz davam etdi. Amma dinin təhqir olunması kimi bir hal olmayıb. Veriliş efirə həftənin 4-cü günü, axşam saat 10-a qalmış yayımlanacaq”.
Dini təhqir etdiyi iddia edilən müğənninin fikirlərini də öyrənmək istədik. Ancaq N.Qafazadə telefon zənglərimizə cavab vermədiyi üçün cəhdlərimiz boşa çıxdı.