Türkiyənin Azərbaycana yeni təyin olunan səfiri Cahit Bağçı Bakıya yola düşüb.

Mia.az xəbər verir ki, bu barədə diplomat tvitter səhifəsində paylaşım edib.

O bildirib ki, bu gün yeni vəzifənin icrası üçün Azərbaycana gəlir: “Allah bütün görəcəyimiz işlərdə düzgün addımlamağı, yolumuzu və işimizi xeyirli, firavan və asan etsin, gücümüzü artırsın və köməyimiz olsun”.