Sankt-Peterburqda Ukraynanın konsulu saxlanılıb.
Bu barədə Rusiyanın Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bildirilib ki, aprelin 16-da Ukraynanın Sankt-Peterburqdakı Baş konsulu Aleksandr Sosonyuk RF vətəndaşı olan bir şəxslə ilə görüşüb Rusiya hüquq-mühafizə orqanlarının və Federal Təhlükəsizlik Xidmətinin məlumat bazalarından götürülən məxfi məlumat alarkən saxlanılıb.
"Xarici diplomata qarşı beynəlxalq hüquq normalarına uyğun tədbirlər görüləcək", - deyə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin məlumatında qeyd olunub/APA.
***
"Rusiyanın hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Ukraynanın Sankt-Peterburqdakı Baş Konsulluğunun əməkdaşının saxlanılması Rusiyanın sabitliyi pozan hərəkətləri fonunda növbəti təxribatdır".
Bunu Ukrayna Xarci İşlər Nazirliyinin mətbuat katibi Oleq Nikolenko deyib.
O bildirib ki, hazırda diplomat Ukrayna konsulluğundadır: "Saxlanılma halı araşdırılır. Yaxın zamanda Ukrayna tərəfi mövcud təcrübəni nəzərə alaraq bu təxribata cavab formasına qərar verəcək".