Mia.az xəbər verir ki, Azərbaycan Ordusunun Vətən müharibəsində yaralanıb, 6 ay komada qalandan sonra şəhid olan hərbi qulluqçusu Səbuhi Hüseynli Xaçmaz rayonunun Maqsudkənd kəndinin qəbiristanlığında dəfn torpağa tapşırılıb.
Allah rəhmət eləsin!
***
Azərbaycanın daha bir Vətən müharibəsi qazisi dünyasını dəyişib.
Mia.az Report-a istinadla xəbər verir ki, 6 aydır koma vəziyyətində olan Səbuhi Hüseynli bu gün şəhidlik zirvəsinə ucalıb.
Xaçmaz rayonunun Maqsudkənd kəndindən olan 23 yaşlı Səbuhi Hüseynli oktyabrın 20-də Xocavənd uğrunda gedən döyüşlər zamanı ağır yaralanmışdı.
Qazimiz oktyabrın 30-da beyin əməliyyatı olunsa da xeyri olmayıb.
Onun 1 övladı yadigar qalıb.
Allah rəhmət eləsin!