Bakı Apelyasiya Məhkəməsində müğənni Elnar Xəlilov barəsində olan bəraət hökmündən verilən apelyasiya protestinə baxılıb.

Bu barədə APA-ya müğənninin vəkili Gülnar Quluzadə məlumat verib.

Hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə birinci instansiya məhkəməsinin bəraət hökmünü qüvvədə saxlayıb.

Qeyd edək ki, ötən ilin sentyabr ayında 221.2.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılaraq məhkəmə qərarı ilə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilən müğənniyə bir müddət əvvəl Xəzər Rayon Məhkəməsinin qərarı ilə bəraət verilib.