Türkiyə “hava-hava” raketini uğurla sınaqdan keçirib.
Mia.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tvitter səhifəsində yazıb.
Prezident bildirib ki, Türkiyə “hava-hava” raket texnologiyasına sahib azsaylı ölkələrdən biri olmağı bacarıb:
"Gənc texnoloqlarımız və mühəndislərimizin GÖKTUĞ layihəsi çərçivəsində inkişaf etdirdikləri “hava-hava” raketimiz BOZDOĞAN ilk atəşdə hədəfi tam vurdu”.