Bu gün BMT missiyası Azərbaycanın Ağdam rayonunda olub.

BMT-nin Bakı ofisinin Mətbuat xidmətinin məlumatına görə, səfər zamanı rayonun icra başçısı Vaqif Həsənov və münaqişədən zərər çəkmiş icmaların nümayəndələri ilə görüşlər keçirilib.

Humanitar ehtiyacları qarşılamaq üçün BMT-nin gördüyü işlər və mövcud problemlərə dair müzakirələr aparılıb.