“Koronavirusun mutasiyaya uğraması səbəbindən Gürcüstanda təkrar yoluxma halları tədricən artır”.

Bunu ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze deyib.

O, Gürcüstanda epidemioloji vəziyyətin getdikcə pisləşdiyini bildirib: “Ölkədə təxminən 8 min aktiv xəstə var. Yanvar ayından bu günədək sutkalıq yoluxma sayı mini ötməyib. Son göstərici böyük narahatlıq doğurur”.

Qeyd edək ki, ötən sutkada qonşu ölkədə COVID-19-a 1 374 yeni yoluxma faktı təsdiqlənib/Report.