Milli Məclisin bu gün keçirilən plenar iclasında Hesablama Palatası ötənilki fəaliyyəti ilə bağlı hesabat müzakirəyə çıxarılıb.
Mia.az xəbər verir ki, hesabatı Palatanın sədri Vüqar Gülməmmədov təqdim edib.
Daha sonra isə deputatlar hesabatla bağlı çıxışlar ediblər.
Yekunda isə hesabat parlamentin bu gün keçirilən iclasında səsə qoyularaq, qəbul edilib.