Hacıbala Abutalıbov xərçəng xəstəliyi yaymaqda ittiham olunur - İttiham
"Alimlər hesablayıblar ki, ağcaqayın, yabanı armud və digər bir sıra ağacların yaşıl yarpağının hər kiloqramı 15 nəfər adamı öldürə biləcək benzolu tutub saxlayır. İndi bütün yerli ağaclar qırıldığından havada çirklənmənin səviyyəsi artıb”.
Mia.az bildirir ki, bunu modern.az-a Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri, ekoloq Telman Zeynalov deyib. T. Zeynalov çıxış yolu kimi Bakı meri Hacıbala Abutalıbovun tutduğu vəzifədən uzaqlaşdırılmasını göstərib: "Havanı təmizləməyin yeganə yolu Bakı meri Hacıabala Abutalıbovu işdən azad etməkdir. Çünki o fizikdir. Fizika hara, yaşıllıq hara? Onun üçün heç bir fərqi yoxdur, ancaq pul qazansın. Palma ağaclarını gətirib doldurur Bakıya. Onun nə vecinə ki, burda xərçəng xəstəliyi yayılır, əhalinin yarısı qırılır. Odur ki, yeganə çıxış yolu bu sahəni yaxşı bilən insanın vəzifə başına gətirilməsidir”.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08