Ötən gecə Londondan Sinqapura uçarkən Heydər Əliyev Bakı Beynəlxalq Hava Limanında qəza enişi edən təyyarənin təmirə ehtiyacı var. AZAL-ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərlinin ANS PRESS-ə verdiyi məlumata görə, qəza enişi edən AİRBUS 380 təyyarəsində 467 sərnişin və 27 təyyarə ekipajı olub. Hazırda onlar üçün xüsusi yer ayrılıb.
"İndi başqa bir təyyarə gələcək. Həmin təyyarənin təmirə ehtiyacı var. Bu səbəbdən xidmət göstərə bilməz”, - deyə Məhərrəm Səfərli bildirib.
***
10.59
Hava limanından APA TV-yə verilən məlumata görə, təyyarə təxminən saat 00.55-də qəza enişi edib. Buna təyyarə salonunun germetikliyinin pozulmasının səbəb olduğu bildirilir.
***
02.15
Təyyarənin göyərtəsində 467 sərnişin olub. Sərnişinlər təhlükəsiz yerə təxliyə ediliblər. Xəsarət alan yoxdur.
Hava limanın texniki briqadası təyyarədə yaranan nasazlığı aradan qaldırmağa çalışır.