“İllər öncə obyektiv və subyektiv səbəblərdən sənətdən getdim. Anam rəhmətə getdikdən sonra oğluma baxan olmadı. Saxta adla iş qurmalı oldum”.

Bu sözləri müğənni Afət Fərmanqızı ATV telekanalında yayımlanan “Onun Sirri” verilişində deyib.

O, illər əvvəl alqı-satqı biznesi ilə məşğul olduğunu etiraf edib:

“Anam rəhmətə getdikdən sonra oğluma baxan olmadı. Övladımın yaxşı təhsil almasını istəyirdim. Bir miqdar pulum vardı. Bacıma toy etdik, oradan qalan məbləği də topladığım pulun üstünə qoydum. Daşınmaz əmlak işi ilə məşğul olmağa başladım. Ucuz satılan evi alıb, bir müddət sonra satırdım. Özümə təzə nömrə aldım, adımı da Vəfa kimi təqdim edirdim. Çoxu deyirdi ki, səsiniz tanış gəlir. Ən son notariat kontoruna gedəndə mən üzə çıxırdım. Əsl kimliyim orada məlum olurdu. Tanıyan da olurdu, tanımayan da”.

Həmin görüntüləri təqdim edirik:

Yenisabah