İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələrinin Gəncə şəhərinə səfəri başlayıb.

Məlumata görə, səfərin məqsədi II Qarabağ müharibəsi dövründə Ermənistan tərəfinin Gəncə şəhərində törətdiyi müharibə cinayətləri ilə tanış olmaqdır.

İƏT Təmas Qrupunun nümayəndələri həmcinin müxtəlif dövlət qurumlarında görüşləri də nəzərdə tutulub.

Xatırladaq ki, nümayəndə heyətinin üzvləri Ağdam rayonunda olublar. Cümə Məscidini ziyarət edib/Report,