“NATO Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir”.
Bunu NATO-nun mətbuat katibi Oana Lunqesku “Die Welt”yə müsahibəsində bildirilib.
Onun sözlərinə görə, Ukraynanın şərqində gərginliyin artması Rusiyanın pozuculuq fəaliyyətinin nəticəsində baş verib. “Sərhəddə Rusiyanın hərbi aktivliyinin artması Ukraynanın şərqində gərginliyin azalması istiqamətində bütün səylərə zərbə vurur. Rusiya atəşkəs haqqında 2020-ci ilin iyulunda əldə edilən razılığı pozub”.
Qeyd edək ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya Silahlı Qüvvələrinin öz ərazisi daxilində yerdəyişməsi heç kimi narahat etməməlidir/Report.
Xatırladaq ki, ötən gecə Ukraynanın şərqində atəşkəsin pozulması nəticəsində Ukrayna ordusunun iki əsgəri həlak olub.
“Ukrinform”un verdiyi xəbərə görə, tank əleyhinə əl qumbaraatanları, avtomat və pulemyotlardan istifadən edən separatçılar atəşkəsi 7 dəfə pozub.
Mia.az