Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş Aparat rəhbəri Rasim Quliyev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.

Mia.az xəbər verir ki, yol verdiyi korrupsiya əməllərinə görə saxlanılan R.Quliyev barəsində Binəqədi Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Baş Prokurorluğun Mətbuat xidməti “Report”a faktı təsdiqləyib. Bildirilib ki, R.Quiiyevin həbs ilə bağlı yaxın vaxtlarda ictimaiyyətə ətraflı məlumat veriləcək.

Mia.az xəbər verir ki, Rasim Quliyev 2001-ci il fevralın 13-dən Bakı Şəhər İcra Hakimiyyəti “Ərazi idarəetmə orqanları ilə iş” şöbəsinin müdiri[ işləyib. O, 2010-cu il yanvarın 6-dan 2018-ci il sentyabrın 20-ə qədər BŞİH Başçısı Aparatının rəhbəri olmaqla yanaşı, həm də 06.01.2010-cu ildən ta 30.01.2019-cu ilə kimi BŞİH Xarici Əlaqələr və İnvestisiya Proqramları Departamentinin sədri olub.

2019-cu ilin aprel ayından isə AP Mərkəzi Aparatında işləyib.

Onu da qeyd edək ki, Rasim Quliyev, həm də "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyevin böyük qardaşıdır.

Mia.az