Aprelin 1-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçuk ilə görüşüb.

 Nazirlər Kabinetinin Mətbuat xidmətindən Mia.az-a bildirilib ki, görüşdə iki ölkə arasında qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.