Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 509 mindən çox artıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.

Məlumata əsasən, ötən sutka ərzində 509 746 nəfər koronavirusa yoluxub, 8 855 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 127 877 462, ölənlərin isə 2 796 561 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.