Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyində kadr dəyişikliyi olub.

Mia.az Unikal.org-a istinadla xəbər verir ki, nazir Rəşad Nəbiyevin əmri ilə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin Baş direktoru Cümşüd Bağırov vəzifəsindən azad olunub.

Qeyd edək ki, işdən çıxarılan C.Bağırov sabiq Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadənin qaynıdır.

O, hal-hazırda Prezidentin İşlər müdiri vəzifəsində işləyir.

Mia.az