"Sumqayıt Texnologiyalar Parkı" MMC-nin (STP) 3 törəmə şirkətinə yeni direktor təyin edilib.
Mia.az Report-a istinadla xəbər verir ki, indiyə qədər "STP Alüminium" və "STP-AH" MMC-lərə rəhbərlik edən, Parkın keçmiş direktoru Rauf Atakişiyev bu vəzifələrindən də kənarlaşdırılıb, şirkətlərə rəhbərlik müvafiq olaraq Fərhad Əliyevə və Kunuralp Yurterə həvalə olunub.
Bundan başqa, “STP Global Cable” MMC-nin direktoru dəyişib. Bu vəzifədə İdris Mustafayevi Abdurrahman Gungor əvəz edib.
STP-nin 4-cü törəmə şirkəti - "STP Metal Structures" MMC-nin direktoru Fərid Ağayev isə vəzifəsində saxlanılıb.
Mia.az xatırladır ki, xəbərdə adı çəkilən Fərhad Əliyev vaxtı ilə İqtisadi İnkişaf naziri vəzifəsində işləyib.
Hələ 4 il əvvəl onun Sumqayıt Texnologiyalar Parkına (STP) rəhbər təyin olunması ilə bağlı xəbər yayılsa da, bu, qısa zamanda təkzib olunmuşdu.
İndisə görünür, vəziyyət dəyişib.
***
Xəbərin yayılmasından sonra STP-dən Mia.az-a bildirilib ki, yeni təyinatda adı hallanan Fərhad Əliyev, əslində, sabiq nazir Fərhad Əliyev deyil: "Təyinat söhbəti gedən Fərhad Əliyev əvvəldən burada işləyib, müavin idi. Yəni məsələ sabiq nazirdən getmir".
Mia.az