"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə “Azərbaycan Hava Yolları” QSC-nin və “Azərbaycan Dəmir Yolları” QSC-nin müşahidə şuralarının sədri təyin olundum".

Mia.az xəbər verir ki, bu sözləri Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev Feysbuk-dakı səhifəsində yazıb.

O bildirib ki, Prezidentin növbəti etimadını da doğrultmağa çalışacaq.