“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibi təsdiq edilib.
Mia.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncamla “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibi aşağıdakı kimi təsdiqlənib:
Müşahidə Şurasının sədri
Rəşad Nəbiyev – Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri
Müşahidə Şurasının üzvləri
Emin Hüseynov – Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi
Azər Mursaqulov – Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Borclarının və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru
Ruslan Əlixanov – Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru
Emil Məcidov – Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müşaviri.
***
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibi təsdiq edilib.
Mia.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Belə ki, sərəncamla “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib:
Müşahidə Şurasının sədri
Elnur Əliyev – Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini
Müşahidə Şurasının üzvləri
Məmməd Abbasbəyli – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti rəisinin müavini
Samir Məmmədov – Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aparatının rəhbəri
Zaur Qurbanov – Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun müavini
Vüqar Məcidli – Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Aparatının İqtisadi sahələrin maliyyəsi şöbəsinin müdiri.
***
“BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalayıb.
Mia.az xəbər verir ki, sərəncama əsasən, “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiqlənib:
Müşahidə Şurasının sədri
Elnur Əliyev – Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini
Müşahidə Şurasının üzvləri
Şahin Babayev – Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aparatının Maliyyə və hesabatlılıq şöbəsinin müdiri
Günel Cavadova – Azərbaycan İnvestisiya Holdinqinin Hüquq departamentinin direktoru.
***
Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Mia.az xəbər verir ki, sərəncama əsasən, AZAL-ın Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiqlənib:
Müşahidə Şurasının sədri
Rəşad Nəbiyev – nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri
Müşahidə Şurasının üzvləri
Xalid Əhədov – Birinci vitse-prezidentin köməkçisi
Elnur Əliyev – iqtisadiyyat nazirinin müavini
Rəhman Hümmətov – nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini
Ruslan Əlixanov – Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru
Zaur Qurbanov – Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun müavini
Fikrət Şirinov – Maliyyə Nazirliyi Aparatının Vergi siyasəti və gəlirlər şöbəsinin müdiri.