“Apreldə yerli vaksinin insan üzərində sınağı başlayacaq”.

“Hurriyet” xəbər verir ki, bunu Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank bildirib.

Onun sözlərinə görə, yerli vaksinin klinikadan əvvəlki mərhələsi uğurla tamamlanıb: “Aprelin 1-dən insan üzərində onu sınaqdan keçirəcəyik. Vaksinin Türkiyə Əczaçılıq və Tibbi Cihazlar İdarəsi tərəfindən təsdiqlənməsi gözlənilir”.

Nazir Türkiyənin sənaye və vaksin sahəsində böyük inkişafa malik olduğunu da vurğulayıb/Report.